Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayırmağı tapşırıb.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə