Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir.
“Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkələrimizdə həyata keçirilən tədbirlər və görüləcək işlərlə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, pandemiya dövründə ölkələrimiz arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, eləcə də yükdaşımaları, o cümlədən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətlərdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur.
O cümlədən, dövlət başçıları tranzit-nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. **
B.Rüstəmbəyov