Aprelin 21-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi məqsədilə görüş keçirəcəklər.
Görüş ATƏT-in Minsk Qupunun həmsədrlərinin iştirakı ilə videokonfrans formatında baş tutacaq. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Aprelin 21-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüş keçirəcəklər”, - XİN-dən bildirilir.
Vurğulanır ki, bazar ertəsi Məmmədyarov ATƏT-in Minsk Qupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə videokonfrans keçirib.
“Görüşdə COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yolları müzakirə edilib. Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb”, - XİN-dən qeyd olunur.
B.Rüstəmbəyov