Tehran Covid-19 koronavirusla mübarizə məqsədilə Bakıya tibbi avadanlıq təqdim etməyə hazırdır. Bu barədə İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyev ilə telefon danışığı zamanı bəyan edib.
“Dost Azərbaycana lazım olarsa koronavirusla mübarizə üçün avadanlıq təqdim etməyə hazırıq”, - İran prezidentinin rəsmi saytı Ruhaninin sözlərindən sitat gətirir.
Həmçinin, Ruhani vurğulayıb ki, görülən tədbirlər nəticəsində İranda Covid-19 tendensiyası azalır.
İran prezidenti Reşt-Astara dəmir yolunun tikintisi daxil olmaqla, iki ölkə arasında bütün razılıqların həyata keçiriləcəyinə ümidvar olduğunu ifadə edib.
“Koronavirusla əlaqədar meydana gələn problemlərə baxmayaraq, Reşt-Astara dəmir yolu layihəsinin videokonfrans formasında açılması məsələsini nəzərdən keçiririk”, - deyə İlham Əliyev iki ölkənin razılıqlarının realladırılmasının əhəmiyyətini vurğulayıb.
Həmçinin Azərbaycan prezidenti koronavriusa qarşıdurma məsələsində İranın təcrübəsindən yararlanmaq təklifini alqışlayıb. **
B.Rüstəmbəyov