Prezident İlham Əliyev bir neçə şəhər və rayonda 17 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 1,19 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Məqsəd əhalisi 193696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsindən ibarətdir.
Vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə