İyunun 19-da «Qala Həyat Sığorta» şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“İyunun 19-da səhmdarların növbəti yığıncağı keçiriləcək. Səhmdarlar şirkətin 2019-cu il üçün maliyyə hesabatını təsdiq edəcəklər”, - deyə məlumatda bildirilir.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 13 milyon 41,6 min manata bərabərdir.*
Ə.Məmmədov