Azərbaycanın energetika naziri Pərviz Şahbazov “OPEC+” razılaşmasında iştirak etməyən neft istehsal edən ölkələri neft hasilatının azaldılması prosesinə qoşulmağa çağırır.
Dünən Pərviz Şahbazov “OPEC plus” ölkələrinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa qatılıb. Konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.
““OPEC+” tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC+” dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - nazirlik Pərviz Şahbazovun sözlərindən sitat gətirir. **
A.Əzizov