Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər dünyasını dəyişib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məluumat verilir.
“YNH Bakı şəhərinin Nizami rayonunda “Opel” və “BАЗ” markalı iki minik avtomobili toqquşması nəticəsində baş verib. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “BАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”, - FHN-dən qeyd olunur.
Öz növbəsində DİN-in məlumatına görə, yol qəzasında həmçinin iki nəfər xəsarət alıb, hazırda onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. **
X.Nəsirzadə