2020-ci ilin birinci rübündə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 50,8 mln. ton yük daşınıb ki, bu da 2019-cu ilin yanvar-mart aylarının göstəricisindən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 78,2% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,8% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin yanvar-mart aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 3,6 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,6% azdır.
Dəniz nəqliyyatı ilə 1,499 mln. ton (azalma 3%), avtomobil nəqliyyatı ilə 29,9 mln. ton (artım 1%), hava nəqliyyatı ilə 69,5 min ton (artım 53,4%) müxtəlif yük daşınıb.
Yanvar-mart aylarında daxili neft kəmərləri vasitəsilə 9 mln. 506,9 min ton neft (azalma 5%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov