2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana 28,432 min ton mineral gübrə idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 58,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $8 milyon 49,4 min (azalma 62,1%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $1 milyon 131,4 min dəyərində (artım 2,7%) 4 min 810,9 ton (azalma 12,3%) sement və sement klinkeri idxal edilib.
Yanvar-fevral aylarında respublikaya $7 milyon 237 min dəyərində (azalma 2,9%) 6 min 479,7 ton (artım 3,5%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $49 milyon 485,2 min dəyərində 64,873 min ton metalyayma məhsulu (artım 45,6%), $18 milyon 648,6 min dəyərində 33,805 min ton qara metaldan hazırlanan çubuqlar (artım 2 dəfə), $3 milyon 292,9 min dəyərində 4 min 920,6 ton qara metaldan hazırlanan günyə (artım 31,8%), $27 milyon 316,3 min dəyərində (artım 24,9%) 27,316 min ton qara metaldan hazırlanan boru (artım 24,9%) idxal edilib.*
B.Rüstəmbəyov