Bu gün Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Dmitro Kuleba arasında baş tutmuş telefon danışığı zamanı ikitərəfli münasibətlər və COVID-19 pandemiyası müzakirə olunub.
“Nazirlər turizm sahəsində imkanların daha çox istifadə edilməsinin əhəmiyyətini, hazırda COVID-19 pandemiyasının bu sahəyə mənfi təsir göstərdiyini qeyd edib və GUAM təşkilatının turizm sahəsində fəaliyyəti də daxil olmaqla bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini vurğulayıblar”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyinin bir sıra məsələlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini müzakirə ediblər.
“E.Məmmədyarov ukraynalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və D.Kuleba dəvəti məmnunluqla qəbul edib”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə