İyunun 8-də “Xalq Həyat Sığorta” ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“İyunun 8-nə səhmdarların ümumi yığıncağı çağırılıb. Səhmdarlar şirkətin 2019-cu il ərzində maliyyə hesabatını təsdiq etməlidirlər”, - şirkətdən qeyd olunur.
23 noyabr 2018-ci il tarixində Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir. **
Ə.Məmmədov