Azərbaycan prezidenti İlham Əliyev cümə günü Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məlumata əsasən, magistral qaz kəməri Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıta çəkilib.
Həmçinin, dövlət başçısı Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub. **
Ə.Məmmədov