“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 75 ədəd taxılyığan kombaynın satınalınmasına 21 milyon 549,87 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “Aqrolizinq” 50 ədəd taxılyığan kombaynı xırdalayıcı ilə və 25 ədəd taxılyığan kombaynı (dağlıq ərazilərdə istifadə edilməsi üçün mexanizmi olan) alacaq.
Kombaynların tədarükçüsü “AZFERT” MMC-dir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. **
A.Əzizov