Azərbaycan Mərkəzi Bankı (AMB)koronavirus (COVID-19) pandemiyasınınölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə təkliflər paketi hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilir.
“Paketə əhali, iqtisadiyyat vəbank sektorunun requlyativ dəstəklənməsi, bir sıra iqtisadiyyyat subyektləri üçün ödənişli xidmətlərə xərclərin azaldılması, həmçinin sığorta xidmətlərinin fasiləsizliyinin təminatı və kapital baxzarı iştirakçılarına koronavirusun mənfi təsirinin azaldılması daxildir ”, - bankdan qeyd edilir.
Requlyativ dəstək çərçivəsində, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 1 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.
İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.
Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilə qədər borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.**
Ə.Məmmədov