Azərbaycan prezidenti İlham Əliyev əmanətlərin tam sığortalanması müddətinin uzadılmasını təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Əmanətlərin tam sığortalanması haqqında” qanuna qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay - 4 dekabr 2020-ci il tarixinədək uzadılıb.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-də 3 il müddətinə tətbiq edilmişdi. 2019-cu ildə bu sistemin qüvvədə olma müddəti daha 1 il – 2020-ci il martın 4-dək uzadılıb.
2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmır. **
Ə.Məmmədov