Azərbaycanda daha 25 nəfərdə COVİD-19 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Bu gün Azərbaycanda daha 25 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb. Həmçinin, sutka ərzində 67 nəfər müalicədən sonra sağalaraq evə buraxılıb”, - Qərargahdan bildirilir.
Beləliklə, 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 21 nəfər vəfat edib, 1080 nəfər sağalıb.
“Hazırda 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - məlumatda qeyd olunur.
Bu müddət ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 min test aparılıb. **
Ə.Məmmədov