Azərbaycanda daha 28 nəfərdə COVİD-19 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Bu gün Azərbaycanda daha 28 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb. Həmçinin, sutka ərzində 59 nəfər müalicədən sonra sağalaraq evə buraxılıb”, - Qərargahdan bildirilir.
Beləliklə, 1645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Ümuimilikdə, 21 nəfər vəfat edib (dəyişməyib), 1139 nəfər sağalıb.
“Hazırda 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - məlumatda qeyd olunur.
Bu müddət ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 min test aparılıb. **
Ə.Məmmədov