Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsidir”, - deyə məlumatda bildirilir.
Təlimlər 2020-ci ilin döyüş hazırlığı planına əsasən keçirilir.
“Üç mərhələdə baş tutacaq təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov