Rusiya və Azərbaycan milli kriptovalyutaların yaradılması üzrə işlərə başlamalıdır. RF Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədr müavini Boris Çernışov belə hesab edir.
"Bu gün biz elektron ticarətin inkişafının trendə çevrildiyini müşahidə edirik. Biz yenidən kriptovalyutaya qayıdırıq. İlk milli kriptovalyuta olan kriptoyuan Çində yaradılıb. Çin bu siyasəti fəal şəkildə həyata keçirir", - deyə Çernışov bu gün "Rusiya-Azərbaycan: postepidemioloji və enerji böhranından birgə çıxış yolları" mövzusunda keçirilən onlayn konfransda bildirib.
Siyasətçinin sözlərinə görə, Rusiya və Azərbaycan bu sahədə Çinin təcrübəsini öyrənməlidir.
"Rusiya və Azərbaycan kənarda qalmamalıdır, çünki bu, (kriptovalyuta - İF) gələcəyin tarixidir və biz hamımız onunla qarşılaşacağıq", - deyə o əlavə edib.*
X.Nəsirzadə