Azərbaycandaolma müddəti 1-31 may tarixlərində bitən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin COVİD-19 koronavirusla əlaqədar vəziyyətlə əlaqədar ölkədə qalma müddətləri 30-60 gün müddətinə uzadılacaq. Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məluumat verilir.
DMX çərşənbə axşamı ölkədə olma müddəti 1-31 may tarixlərində bitən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
“Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1-31 may tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq”, - DMX qeyd edir.
Azərbaycanda mayın 4-dək xüsusi karantin rejimi qüvvədədir. Eyni zamanda, ölkənin bütün hava və quru sərhədləri giriş-çıxış üçün bağlıdır. **
X.Nəsirzadə