Koronavirus (COVID-19) pandemiyası səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə məxsus “FlyDubai” aviaşirkəti 149 nəfər Azərbaycan vətəndaşını Bakıya gətirəcək.
“Aprelin 28-də ölkəmizə qayıtmaq üçün qeydiyyata düşən317azərbaycanlı vətəndaşdan 149nəfərin Dubaydan Bakıya gətirlməsi üçün “FlyDubai” aviaşirkəti çarter reysi açır”, - “İnterfaks-Azərbaycan”a Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən məlumat verilir.
Məlumata əsasən, təxliyə olunanlardan 15 nəfərinin təyyarə bileti dövlət hesabına ödənilib.
Səfirlikdən bildirilir ki, 75vətəndaşımız martın 22-dən etibarən Azərbaycanın Dubaydakı Baş Konsulluğunun təşkilatçılığı ilə dövlətin ayırdığı vəsait hesabına Dubayın “Hampton by Hilton” otelində yerləşdirilib.
“Bütün sərnişinlər təyyarəyə minməzdən əvvəl hava limanında xüsusi olaraq COVID-19 testindən keçiblər”, - məlumatda deyilir. **
X.Nəsirzadə