Təbii qaza olan tələbatını əsasən idxal hesabına təmin edən Gürcüstan 2020-ci ilin əvvəlindən cari il üçün proqnozu nəzərdən keçirib: hazırda 2 milyard 595,6 milyon kubmetr həcmində qazın ölkəyə idxalı planlaşdırılır, bu da mart ayının gözləntilərindən 2,5% azdır.
Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2020-ci il üçün təsdiq etdiyi təbii qaz balansına əsasən, ölkəyə əsas qaz tədarükçüsü olan Azərbaycandan idxal 2,1% - 2 milyard 404,4 min kubmetrədək azalıb. Həmçinin ARDNŞ-dan 1 milyard 537,4 milyon kubmetr qaz (azalma 3,4%), “Şahdəniz” layihəsi çərçivəsindən – 867 milyon kubmetr (artım 0,2%) tədarükü nəzərdə tutulur. **