“Muğanbank” 2020-ci ilin birinci rübündə aktivlərini 8,3% - 605,734 milyon manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2020-ci il tarixinə bankın kredit portfeli 378,228 milyon manat (artım 3,3%) təşkil edib. Aprelin əvvəlinə istehlak kreditləri 54,291 milyon manat (azalma 1,2%),biznes kreditləri – 214,878 milyon manat (artım 3,1%) həcmində qiymətləndirilir.
Həmçinin hesabat dövrünün sonuna bankın öhdəlikləri 519,489 milyon manata (azalma 9,5%), bankda depozitlər 271,058 milyon manata (azalma 19%), həmçinin əhalinin əmanətləri – 216,67 milyon manata (azalma 9,4%)bərabərdir.
Aprelin əvvəlinə “Muğanbank”ın kapitalı 86,245 milyon manat (azalma 0,9%), nizamnamə kapitalı 102,5 milyon manat (dəyişməyib) təşkil edib.
2020-ci ilin birinci rübündə fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 1,3 milyon manata bərabər olub (2019-cu ilin analoji dpvrü ilə müqayisədə azalma 10 dəfə - İF).
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
Ə.Məmmədov