Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununda dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.
Düzəlişlərə əsasən, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.
Martın 24-dən mayın 4-dək Azərbaycanda COVİD-19 koronavirus infeksiyası səbəbindən xüsusi karantin rejimi qüvvədədir. Əksər obyektlər bağlıdır, əhalinin hərəkəti üçün müəyyən məhdudiyyətlər var. Həmçinin, 65 yaşdan yuxarı şəxslərə mənzilləri (evləri) tərk etmək qadağandır.
125 yerlik Azərbaycan parlamentində deputatların təxminən 25%-i 65 yaşdan yuxarı olan şəxslərdir. Xüsusilə, cari ilin mart ayında parlamentin spikerinin 65 yaşı tamam olub. **
A.Əzizov