Azərbaycanda 39 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Bu gün Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmçinin, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb”, - məlumatda bildirilir.
Beləliklə, yoluxanların ümumi sayı 1717 nəfərə çatıb, 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib.
“Hazırda 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - Qərargahdan qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132,640 min test aparılıb.**
B.Rüstəmbəyov