2020-ci ilin birinci rübündə “Azər-Türk Bank”ın aktivləri 2,7% - 338,203 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il martın 31-nə bankın kredit portfeli 169,822 mln. manat (azalma 8,9%) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 54,51 milyon manat (azalma 1,9%), biznes kreditə üzrə - 42,012 milyon manat (azalma 32%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 282,163 mln. manata bərabərdir (azalma 3,4%). Martın sonuna depozit portfeli 189,059 milyon manat (artım 4,9%), həmçinin fiziki şəxslərin əmanətləri – 70,317 milyon manat təşkil edir (azalma 2,5%).
2020-ci il aprelin əvvəlinə bankın kapitalı 56,039 mln. manata (artım 0,8%), nizamnamə kapitalı 50 mln. manata (dəyişməyib) bərabərdir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 376 min manat təşkil edib (birinci rüb ilə müqayisədə azalma 3,8% - İF).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb və ölkənin aparıcı 15 bankı sırasına daxildir. Bankın əsas səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsidir (75%) Həmçinin, Türkiyənin “T.C.Ziraat Bankasi”, “AzRe” təkrarsığorta şirkəti və “Qala Həyat Sığorta” şirkəti bankın səhmdarlarıdır.**
Ə.Məmmədov