"AFB Bank" 2020-ci ilin I rübündə aktivlərini 0,5% - 577,459 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Martın 31-nə bankın kredit portfeli 439,109 milyon manat (artım 20% - İF), istehlak kreditləri 39,755 milyon manat (artım 18,1%), biznes kreditləri 359,056 milyon manat (artım 23,3%) təşkil edir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 494,269 milyon manat (dəyişməyib) məbləğində olub.
Aprel ayının əvvəlinə bankda depozitlər 381,368 milyon manata (artım 0,5%), fiziki şəxslərin əmanətləri 35,691 milyon manata (artım 3,5%) bərabərdir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 83 milyon 190,35 min manat (artım 3,4%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
I rübdə “AFB Bank”ın kapitalı 2 milyon 553,04 min manat (artım 23 dəfə) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov