Azərbaycan 2020-ci ilin I rübündə $429 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($43,9 milyon – artım 72,1%),çiyidli pambıq ($42,8 milyon – artım 14,4%), qızıl ($36,3 milyon – artım 11,7%), təmizlənmiş fındıq ($36,3 milyon – azalma 5,5%), polipropilen ($21,1 milyon – azalma 10,2%), elektrik enerjisi ($17,8 milyon – azalma 53,6%), xurma ($14,1 milyon - аzаlma 22%), polietilen ($12,7 milyon – azalma 43,3%) və hesablayıcı maşınlar və onların blokları üçün hissələrin ($11,5 milyon – artım 115 dəfə) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($134,4 milyon – artım 16,5%), Türkiyə ($104,4 milyon - artım 5,2%), Gürcüstan ($42,9 milyon – azalma 14,5%), İsveçrə ($40,8 milyon – artım 21%) və Çin ($12,2 milyon – artım 18,4%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 31,3%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyardı ötəcək.*
B.Rüstəmbəyov