2020-ci ilin I rübündə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 212 milyon manatlıq ($124,7 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə əməliyyatların həcmi 21,9% azalıb.
Cari ilin mart ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 53,9 milyon manatlıq (2019-cu ilin mart ayı ilə müqayisədə azalma 45% - İF) əməliyyat aparıblar.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov