2020-ci ilin I rübündə “Azexport.az” portalına ümumilikdə $147,7 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin mart ayında ixrac sifarişlərinin dəyəri $44,8 milyon təşkil edib.
2019-cu ildə “Azexport.az” portalına $595,7 milyon məbləğində ixrac sifarişləri daxil olub. Beləliklə, 2020-ci ildə sifarişlərin həcmi 15,9% artıb.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2020-ci il aprelin 1-nə kimi ixrac sifarişlərinin dəyəri $1 milyard 732,5 milyon təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib.*
B.Rüstəmbəyov