“Yelo Bank” prezident İlham Əliyevin problemli kreditlərlə bağlı məsələnin həllinə dair 28 fevral 2019-cu il tarixli sərəncamı çərçivəsində 21,9 milyon manat məbləğində kreditlər üzrə faizləri silib. Bu barədə bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia məlumat verib.
"Fərman həm əhaliyə, həm də bank sahəsinə böyük dəstək verib. Biz 9,372 min müştəriyə 11,4 milyon manat məbləğində kompensasiya ödəmişik. 7,7 milyon manat məbləğində 2,898 min kredit restrukturizasiya edilib. 21,9 milyon manat məbləğində kreditlər üzrə faizlər silinib", - deyə Şurqaia bu gün brifinqdə "İnterfaks-Azərbaycan" agentliyinin sualına cavabında bildirib.
Bankın rəhbəri əlavə edib ki, nəticədə 16,4 milyon manat məbləğində 8,504 min kredit tam bağlanıb.*
Ə.Məmmədov