Gəncədə 100 nəfərdə koronavirus (COVID-19) aşkar edilib, onlardan 65 nəfəri tibb işçisi və onların ailə üzvləridir. Kəpəz TV-nin məlumatına görə, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verib.
"Aprelin 28-nə olan vəziyyətə görə, Gəncədə 3,853 min test götürülüb. 100 nəfərdə koronavirus aşkar edilib. Yoluxanların 65 nəfəri tibb işçisi və onların ailə üzvləridir", - deyə N.Bayramov Gəncə İH-də yaradılmış koronavirusla mübarizə üzrə qərargahın üzvləri ilə videokonfrans zamanı bildirib.
Onun sözlərinə görə, 27 nəfər müalicə olunaraq sağalıb, digərlərinin müalicəsi davam edir, onların vəziyyəti stabildir.
Videokonfrans zamanı qeyd olunub ki, hazırda Gəncədə 200 çarpayılıq modul tipli xəstəxana tikilir.*
A.Əzizov