2020-ci ilin I rübündə “Expressbank” aktivlərini 3,7% - 351,279 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il martın 31-nə bankın kredit portfeli 232,222 milyon manata (artım 3,8%), istehlak kreditləri 141,003 milyon manata (artım 2,6%), biznes kreditləri 62,842 milyon manata (artım 7,4%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 230,662 milyon manat (artım 2,9%) təşkil edir. Aprel ayının əvvəlinə bankın depozit portfeli 147,942 milyon manat (azalma 15,1%), əhalinin əmanətləri 125,394 milyon manat (azalma 28,5%) məbləğində olub.
Mart ayının sonuna bankın kapitalı 120,617 milyon manat (artım 5,4%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
I rübün yekunları üzrə bankın xalis mənfəəti 5,858 milyon manat (2019-cu ilin analoji dövrü ilə müqayisədə artım 4,4 dəfə - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.*
Ə.Məmmədov