"Xalq Bank" 2020-ci ilin I rübündə aktivlərini 7,2% – 2 milyard 282,872 milyon manata qədər azaldıb. Bu barədə bankın məlumatında deyilir.
31 mart tarixinə bankın kredit portfeli 1 milyard 665,295 milyon manata (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 9%) bərabərdir.
Mart ayının sonuna bankın öhdəlikləri 1 milyard 861,659 milyon manat (azalma 8,7%), o cümlədən depozit portfeli 1 milyard 550,187 milyon manat (azalma 9,6%) təşkil edib.
31 mart 2020-ci il tarixinə "Xalq Bank"ın kapitalı 421,213 milyon manata (artım 0,3%), nizamnamə kapitalı 364 milyon 777,54 min manata (dəyişməyib) bərabərdir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə "Xalq Bank"ın xalis mənfəəti 9,044 milyon manat (artım 25,6%) təşkil edib.
"Xalq Bank" fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları üç hüquqi şəxsdir.*
A.Əzizov