Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Öncə yerli mətbuata istinadən məlumat verilib ki, çərşənbə günü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində vətəndaşlar, cəmiyyət və dövlətin hüquqlarının pozulması faktları üzrə çoxsaylı cinayətlər törədən Biləsuvar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslər saxlanılıb.
Mahir Quliyev 2011-ci ildən etibarənBiləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. **
X.Nəsirzadə