Azərbaycanda daha 38 nəfərdə COVİD-19 koronavirusa yoluxma faktı qeydə alınıb, 58 nəfər sağalıb, bir nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.
“Bu gün Azərbaycanda daha 38 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış,arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat edib. Həmçinin, sutka ərzində 58 nəfər müalicədən sonra sağalaraq evə buraxılıb”, - Qərargahdan bildirilir.
Beləliklə, 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Ümuimilikdə, 24 nəfər vəfat edib, 1325 nəfər sağalıb.
“Hazırda 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, - Qərargahdan qeyd olunur.
Bu müddət ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143,079 min test aparılıb. **
N.Abbasova