2020-ci il martın 31-nə Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) və kredit ittifaqlarının ümumi aktivləri 365,4 milyon manat təşkil edib, bu da 2019-cu ilin sonuna olan göstəricidən 1,7% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
Eyni zamanda, birinci rübün sonuna BOKT-ların aktivləri 349,4 milyon manat (artım 2%), kredit ittifaqlarının – 16 milyon manat təşkil edib (azalma 3,6%).
2020-ci il aprelin 1-nə BOKT-ların krdeit portfeli 284,7 milyon manat (artım 5,9%), kredit ittifaqlarının – 14,3 milyon manat təşkil edib (azalma 4%).
Hesabat dövründə BOKT və kredit ittifaqlarının kapitallaşması 0,5% azalaraq 284,7 milyon manat təşkil edib, bunun 141 milyon manatı BOKT-ların kapitalının payına düşüb.
2020-ci il aprelin əvvəlinə BOKT-ların öhdəlikləri 208,4 milyon manata (artım 3,5%), kredit ittifaqlarının – 6,4 milyon manata bərabərdir (azalmna 1,5%).
Tənzimləyicinin məlumatına görə, birinci rübdə BOKT-ların ümumi xalis mənfəəti 6 milyon manat təşkil edib, həmçinin kredit ittifaqları rübü 0,6 milyon manat zərərlə başa vurublar.
2020-cu il martın 31-nə Azərbaycanda 88 BOKT, həmçinin 43 kredit ittifaqı fəaliyyət lisenziyasına malik olub. 11 BOKT-da xarici kapital var.
Ümumilikdə, birinci rübün sonuna BOKT-ların 232 filialı var, bu seqmentdə 2,154 min nəfər çalışır. **
Ə.Məmmədov