Bakıda məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərini aşma və rüşvətxorluqda şübhəli bilinərək saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə yerli mətbuat məlumat verir.
“Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb”, - nəşrlər qeyd edir.
Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Çərşənbə günü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində vətəndaşlar, cəmiyyət və dövlətin hüquqlarının pozulması faktları üzrə çoxsaylı cinayətlər törədən Biləsuvar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri saxlanılıb.
Mahir Quliyev 2011-ci ildən etibarən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. **
X.Nəsirzadə