Mayın 1-də saat 00:00-dan Azərbaycanda Premium Euro-95 markalı benzinin qiyməti ucuzlaşacaq.
Bu növ benzinin qiyməti topdan benzin tədarükçüsü tərəfindən müəyyən edilir.
Yerli KİV-in məlumatına görə, Premium Euro-95 markalı benzinin qiyməti artıq 1,1 manat (hazırda 1,2 manat) təşkil edəcək. Beləliklə, Premium Euro-95 markalı benzinin qiyməti 8,3% ucuzlaşacaq.
Azərbaycanda Premium Euro-95 markalı benzin istehsal edilmədiyi üçün ölkə ərazisinə idxal olunur.
Benzinin ucuzlaşması dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. **
X.Nəsirzadə