Parlamentin bu gün keçirilən plenar iclasında Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyi təsdiq edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyi prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
K.Əliyev 1965-ci ildə Balakən rayonunda anadan olub. O, 1993-cü ildən prokurorluq orqanlarında çalışır.
K.Əliyev bu postda Zakir Qaralovu əvəz edəcək. Z.Qaralov 25 aprel 2000-ci il tarixindən baş prokuror vəzifəsini tutub.*
B.Rüstəmbəyov