Azərbaycan parlamenti cümə günü keçirilən plenar iclasda Hesablama Palatasının 2019-cu il ərzində fəaliyyətinə dair hesabatı qəbul edib.
İclasda çıxış edən Hesablama Palatasının sədriVüqar Gülməmmədov məlumat verib ki, 2019-cu ildə Hesablama Palatasının yoxlamaları büdcəyə 20 milyon manata yaxın vəsaiti bərpa edib.
“2019-cu ildə keçirilən yoxlamaların yekunları üzrə 21 milyon 308 min manat , həmçinin dövlət büdcəsinə 19 milyon 639,2 min manat həcmində vəsait bərpa edilib”, - Gülməmmədov bildirib.
Onun sözlərinə görə, yoxlamalar nəticəsində ümumilikdə 561 pozuntu faktı müəyyən edili. “Pozuntu hallarının əksəriyyəti büdcə qanunvericiliyi tələblərinə riayət olunmaması (172), mühasibat uçotu sahəsində qanunvericilik (119) və dövlət satınalmaları zamanı (136) yol verilən nöqsanlarla əlaqədar olub. **
B.Rüstəmbəyov