1 aprel 2020-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,677 min ədəd bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 1,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Aprelin 1-nə Bakıda 1,448 min ədəd (hesabat dövründə artım 1,9%), bölgələrdə 1,229 min ədəd (artım 0,2%) bankomat quraşdırılıb.
2020-ci il aprelin 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 71,127 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 5,4% çoxdur.
Bununla yanaşı, Bakıda 43,363 min ədəd (artım 63%), regionlarda 27,764 min ədəd (artım 4,5%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 69,636 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.*
Ə.Məmmədov