Azərbaycanda daha 50 nəfərdə COVİD-19 koronavirusa yoluxma faktı qeydə alınıb, 40 nəfər sağalıb, bir nəfər vəfat edib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
“Bu gün Azərbaycanda daha 50 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb. Bir nəfər vəfat edib. Həmçinin, 40 nəfər sağalıb.”, - Məmmədov cümə günü brifinqdə bildirib.
Beləliklə, 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Ümumilikdə, 25 nəfər vəfat edib, 1365 nəfər sağalıb.
Hazırda 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. **
B.Rüstəmbəyov