Azərbaycanda cari il mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslər üçün karantin məhdudiyyətləri aradan qaldırıla bilər. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
“Hələlik ölkə ərazisində 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına qadağa qüvvədədir. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır. Cari vəziyyətə uyöun olaraq qərar qəbul ediləcək”, - Məmmədov cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslər üçün məhdudiyyətlər aradan qaldırıla bilər, yaxın zamanda qərar qəbul olunacaq.
Məmmədov əlavə edib ki, Bakı və digər iri şəhərlərdə küçəyə çıxmaq üçün sms sistemi ilə icazə mayın 31-dək qüvvədədir.
Cümə günü Nazirlər Kabineti Azərbaycanda karantin rejiminin mayın 4-dən 31-dək uzadılmasına dair qərar qəbul edib. **
X.Nəsirzadə