2020-ci il aprelin 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 401,7 milyon təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2,3% artıb.
Aprel ayında AMB-nin valyuta ehtiyatları 0,1% və ya $7,9 milyon artıb.
Xəbər verildiyi kimi, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb.**
A.Əzizov