2020-ci il aprelin 30-na Azərbaycanda pul bazasının həcmi 10 milyard 65,7 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2019-cu il tarixinə pul bazasının həcmi 12 milyard 152,5 milyon manat təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-aprel aylarında pul bazası 17,2% azalıb.
Aprel ayında pul bazası 1,2 milyon manat və ya 0,1% azalıb.
2019-cu ildə Azərbaycanda pul bazası 27,3% artıb.**
N.Abbasova