2020-ci il mayın 2-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $65 milyona yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Silahlı Qüvvələrin Yardım Fonduna cari il mayın 2-dək 110.073.896,49 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub", - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
N.Abbasova