2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 4,04 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 98% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər (bir il öncə - 38 nəfər) həlak olub, 55 nəfər (bir il öncə - 76 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 13 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 43,5% azdır. Partlayışlar zamanı heç kim həlak olmayıb, 18 nəfər xəsarət alıb.**
X.Nəsirzadə