Bazar ertəsi Kürdəmir rayonunda 4 nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olub. Bu barədə yerli mətbuat məlumat verir.
“Bazar ertəsi səhər saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib”, - KİV qeyd edir.
“Mercedes” və “Nissan” avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həlak olub. Bundan əlavə, daha 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. **